Цитата


Крупные катастрофы, уже разорившие и продолжающие разорять современный мир, происходят от нежелания человека считаться с законами природы, от нежелания понять, что голод нельзя утолить, опустошая землю.
Ж. Дорст

пятница, 21 октября 2016 г.

“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi




Bakı şəhərində “Ekoklub”ların fəaliyyət göstərdiyi 30 pilot ümumi təhsil müəssisəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsinə start verilib.
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə  proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etməkdir.
Layihə üzrə pilot ümumi təhsil müəssisələrinin şagirdlərinə vətəndaşların qənaətcil davranış prinsiplərinə xidmət edən enerji ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulur.
Layihə çərçivəsində pilot məktəblər “Məktəblərin yaşıl şəbəkəsi” mövzusunda keçiriləcək müsabiqədə iştirak edəcəkdir. Müsabiqənin sonunda məktəblərin ekoloji pasportlaşdırılması tərtib olunacaqdır.
Müsabiqədə fərqlənən məktəblərə “Mənim məktəbim ətraf mühitə diqqətlidir” ekoloji emblemi təqdim olunacaqdır.


Mənbə


 

Комментариев нет:

Отправить комментарий