Gənc meşəçilər müsabiqədə xüsusi mükafatlara layiq görülüb
Azərbaycanın gənc meşəçiləri Sankt-Peterburq şəhərində keçirilən XIII Beynəlxalq gənc meşəçilər müsabiqəsində iştirak ediblər.
Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti ilə baş tutan müsabiqədə dünyanın 27 ölkəsindən 49 məktəbli və tələbə iştirak edib.
Müsabiqədə Azərbaycanı təmsil edən gənc meşəçilərin V Respublika müsabiqəsinin qalibləri ekoloji problemlərin həllinə həsr olunmuş layihələrini təqdim ediblər.
Gənc meşəçilər Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın sərvətlərinə və ekologiyasına vurulan zərərlərdən danışıblar.
Yekunda münsiflər heyətinin qərarı ilə Azərbaycanın gənc meşəçiləri beynəlxalq müsabiqənin diplomları və medallarla mükafatlandırılıblar.
İştirakçıların Sankt-Peterburq şəhərinin tarixi yerlərinə, Sankt-Peterburq Meşə Texniki Universitetinə ekskursiyaları təşkil edilib.
Комментариев нет:
Отправить комментарий