Цитата


Крупные катастрофы, уже разорившие и продолжающие разорять современный мир, происходят от нежелания человека считаться с законами природы, от нежелания понять, что голод нельзя утолить, опустошая землю.
Ж. Дорст

среда, 17 августа 2016 г.

Gənc ekoloqlar “Xəzər günü”nə həsr olunmuş tədbirdə

Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə “Xəzər günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin paytaxtdakı ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Ekoklub” və ekoloji dərnək üzvləri fəal iştirak edib.  
          “Xəzər günü” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə 1995-ci ildən başlayaraq beş Xəzəryanı ölkə tərəfindən qəbul olunub. Hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir. “Xəzər günü”nün Xəzəryanı ölkələrdə hər il qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, davamlı istifadəsi və əhalinin maarifləndirilməsindən ibarətdir.
          “Xəzər günü”nə həsr olunmuş “Dəyirmi masa”da gənc ekoloqlar müvafiq mütəxəssislərlə birlikdə Xəzər dənizinin ekoloji problemlərini və görülən işləri müzakirə edib, ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına dair fikir mübadiləsi aparıblar. Məktəblilər Xəzərə həsr olunmuş rəsm müsabiqəsində də iştirak ediblər. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonra gənc ekoloqlar Xəzərin mühafizəsi məqsədilə yaradılmış “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun fəaliyyəti ilə tanış olub. Həmçinin, “Ekoklub” və dərnək üzvləri Novxanı qəsəbəsinin sahilboyu hissəsində ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyasında iştirak ediblər. Nəticədə 2 hektar ərazi tullantılardan təmizlənib.
Təmizlik aksiyasında fəal iştirak edən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin gənc ekoloqları ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə və ətraf mühitə düzgün münasibəti təbliğ etməklə, yalnız birgə səylərlə Xəzərin qorunmasının mümkünlüyünü bir daha nümayiş etdiriblər.

Комментариев нет:

Отправить комментарий