Цитата


Крупные катастрофы, уже разорившие и продолжающие разорять современный мир, происходят от нежелания человека считаться с законами природы, от нежелания понять, что голод нельзя утолить, опустошая землю.
Ж. Дорст

вторник, 22 ноября 2016 г.

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” respublika müsabiqəsi başa çatıb

22.11.2016

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” respublika müsabiqəsi başa çatıb

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin 8 zona mərhələsində 8 nominasiya üzrə 1500 iştirakçıdan 100 məktəbli yekun mərhələsində iştirak edib. Respublika üzrə 31 şəhər və rayon bu müsabiqədə qeydiyyatdan keçib.
İştirakçıların il ərzində apardıqları müşahidələr haqqında məlumatlar, becərilən kənd təsərrüfatı bitkiləri və fotoşəkillər Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunub.
Bir il ərzində məktəblilər ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların səmərəli istifadəsi, bərpası və mühafizəsinə dair nәzәri vә praktik biliklәr öyrәniblər.
Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Seymur Səfərli, Milli Məclisin sektor müdiri Şamil Hüseynov, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxış edәrәk ölkәmizdә aqrar sektorun inkişafından vә gәnc nәslin bu istiqamәt üzrə  fəaliyyətindən danışıblar.
Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.
Müsabiqə Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilib.
Sonda gənc tədqiqatçılar qızıl medal, diplom və sertifikatlara layiq görülüblər.

Mənbə

Комментариев нет:

Отправить комментарий